Fransa mətbuatının iddiasına görə, dekabrın 31-nə qədər məsələ həllini tapmalı idi. Bu günə qədər Martelin susması məsələnin həll olunması anlamını verir.
Fransız həmkarlarımız iddia edir ki, klubun yeni sahibi də azərbaycanlıdır. Bu, Anar Məmmədovdur - nəqliyyat naziri Ziya Məmmədovun oğlu. Fransızlar onu «Qarant Holdinq»in baş icraçı direktoru, tikinti, nəqliyyat, turizm maqnatı kimi təqdim ediblər.
Məlumata görə, «Lans»ın Hafiz Məmmədova məxsus olan səhmləri Anar Məmmədov və onun kompaniyası tərəfindən alınıb. (komanda.az)