Vaxt.Az

Müddət daha bir il uzadıldı


 

Ünvanlı dövlət sosial yardımı alanlara müjdə

Müddət daha bir il uzadıldı Azərbaycanda ünvanlı dövlət sosial yardımının müddətinin 1 ildən 2 ilə qədər uzadılması təklif edilir.

«Trend»in məlumatına görə, bu məsələ Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən «Ünvanlı dövlət sosial yardımı haqqında» qanuna dəyişikliklərdə öz əksini tapıb.

Komitə sədri Hadi Rəcəbli bildirib ki, təklif olunan dəyişikliyə əsasən müvafiq qanunun 8.1-ci maddəsində «1 il» sözləri «2 il» sözləri ilə əvəz olunacaq: «Burada da əsas məqsəd vətəndaşların hüquqlarının daha güclü şəkildə qorunması, onların sosial durumunun yaxşılaşdırılmasıdır. Əgər vətəndaşlar əvvəllər 6 ay, sonralar isə 1 il müddətinə bu hüquqdan yararlanırdılarsa, indi yenidən heç bir sənəd düzəltmədən iki il bu hüquqdan istifadə imkanı əldə etmiş olacaqlar».

Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

 





10.02.2015    çap et  çap et