Vaxt.Az

Bir ananı xilas edək!


 

Murad Hüseynov: «Duaya ehtiyacımız böyükdür»

Bir ananı xilas edək! ANS televiziyasının «Xəbərlər» Departamentinin baş redaktoru, jurnalist Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədova iki ildir mübarizə apardığı leykoz xəstəliyinə yenidən tutulub.

Bu barədə Murad Hüseynov sosial şəbəkələrdə məlumat verib:

«Bir neçə gün baş verənlərlə bağlı heç nə yazmadım. Açığı nə yazacağımı da düz-əməlli bilmirdim. Gülər İstanbulda da, Bakıda da müalicədən imtina edirdi. Səbəbini 5 kurs kimyaterapiyadan keçənlər, ya da bu kimyanın insana necə təsir etdiyini görən insanlar bilir... Sonda o müalicəyə başlamağa razılaşdı.

Bu gün artıq onu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirdik. Bu kimyaterapiyanın riski əvvəlkinə nisbətən daha böyük olacaq. Kimyadan sonra sümük iliyinin nəqli əməliyyatı tələb olunacaq. Əvvəl də dediyim ki, bütün dostlarımdan, tanışlarımdan, özünü mənə və Gülərə yaxın bilən insanlardan dua istəyirəm. İnanın duaya ehtiyac böyükdür.

Və bir də bu gün məlum oldu ki, bizə çoxlu +4 qan lazım olacaq. Bu qan qrupu kifayət qədər nadirdir və qan vermək istəyənlərdən mənə xəbər verməyini xahiş edirəm». 

Allah kömək olsun!

 





11.02.2015    çap et  çap et