Qeyd edək ki, Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb.
«Toyota Prado» markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Qəzaya uğrayan avtomobildə 5 nəfər əyləşibmiş. Maşında sürücüdən
başqa Şahbaz Xuduoğlu, xanımı, bacısı və bacısının yoldaşı olub.
Digər avtomobildə əyləşən millət vəkili Sabir Rüstəmxanlı isə qardaşı ilə bərabər
əmilərinin yas mərasimindən qayıdırmış.
Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, iki qardaş Sabir və Şahbaz Rüstəmxanlılar həm də bacanaqdırlar. Yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı «Qanun» Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlunun həyat yoldaşı və Sabir Rüstəmxanlının xanımı, Azərbaycan-türk qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlının bacısıdır. Qəzada yaralanan İlahə Əliyeva isə Rüstəmxanlı qardaşlarının bacısıdır.
Allah rəhmət eləsin!