Desantçılar Ukrayna ordusunun nizami hissələrinin və Milli Qvardiyanın döyüşçülərinə təlim keçəcək.
«ABŞ Dövlət Departamenti ilə razılaşmaya əsasən Birləşmiş Ştatlar ordusunun 173-cü hava-desant briqadasının desantçıları Yavorovsk poliqonunda Milli Qvardiyanın döyüş bölmələrinə təlim keçməyə başlayacaq» - deyə Avakov facebook səhifəsində yazıb.
Təlimlərdə Ukrayna Milli Qvardiyasının 900 döyüşçüsü, habelə könüllülərdən ibarət batalyonlar iştirak edəcək. Təlimlər hər biri səkkiz həftədən ibarət olmaqla üç mərhələdə keçiriləcək. Bu isə o deməkdir ki, Amerika desantçıları Ukraynada ən azı yarım il qalacaqlar. Təlimlər başa çatandan sonra amerikalılar xüsusi amunisiyaları və rabitə vasitələrini ukraynalılara verəcəklər.
ABŞ desantçılarının Ukraynaya gəlişinə Rusiyadan hələlik reaksiya yoxdur. Bundan əvvəl Britaniyanın xüsusi təyinatlıları Ukrayna ordusunun hissələrinə təlim keçməyə başlamışdı və rəsmi Moskva bunu pisləmişdi.