Vaxt.Az

«Neftçi» başsız qaldı


 

Klub prezidenti istefa verdi

«Neftçi» başsız qaldı Bu gün «Neftçi» klubunun prezidenti Sadıq Sadıqov istefa verib. Qol.Az-ın əldə etdiyi məlumata görə, istefanın səbəbləri haqda yaxın vaxtlarda klub rəhbərliyinin açıqlama verəcəyi gözlənilir.

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən «Neftçi»nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə «Neftçi» üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də «Neftçi» S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

 





30.03.2015    çap et  çap et