Səhərdən axşamadək klubdan heç kəslə əlaqə saxlamaq mümkün olmasa da, axşam «ağ-qaralar» rəsmi saytları vasitəsilə yayılan xəbərləri təkzib etdi və klubun prezident vəzifəsində Sadıq Sadıqovun qaldığı haqda bəyanat yaydı. Lakin bəyanatda bəzi struktur dəyişiklilərinin gözləndiyi haqda da məlumat verildi.
Çoxları Çingiz Abdullayevin klub prezidenti olacağına inanmasa da, «FutbolPress» məsələni dəqiqləşdirdi.
Məşhur yazıçı ilə dünən əlaqə saxlasa bilməsək də, bu gün danışa bildik. O, bu gün SOCAR-a çağırıldığını bildirdi:
«Bundan əvvəl mənə «Neftçi»nin prezidenti olmaq təklif olunmuşdu. Amma dünən yayılan məlumatlar yanlışdı. Özüm bu haqda heç nədən xəbərsizəm. Hər şey bu gün bəlli olacaq. Məni saat 5-də SOCAR-a çağırıblar. Orda iclas olacağını deyiblər. Saat 5-dən sonra mənə zəng edərsiniz, sizə ətraflı məlumat verərəm».
Yazıçının açıqlamasında sezilir ki, artıq təyinat reallaşmaq üzrədir.