Modern.az xəbər verir ki, deputat korrupsiya ilə bağlı hesabatlara diqqət çəkib. O, həmin hesabatlarda Avropa Birliyinə daxil olan ölkələrdə tibbi sığorta sahəsində külli miqdarda korrupsiya faktlarının olmasının öz əksini tapdığını deyib.
Məlahət İbrahimqızı Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına da etiraz edib:
«100 il bundan qabaq arxivin küncündə toz basmış məsələyə diqqət verən Roma Papasının Xocalı soyqırımına münasibət bildirməməsi təəssüf doğurur».