Enli bir çayı keçməli olurlar. Sahildə dayanmış gənc və gözəl bir qız ustadan xahiş edir ki, çayı keçməyinə kömək eləsin.
Yaşlı usta qızı belinə alıb çayı keçir və onu sahildə qoyub uzaqlaşır.
Yol boyu şagird kirimir:
- Görəsən, kim idi o qız? Hara gedirdi? Niyə tək idi? Çaydan niyə qorxurdu?
Usta şagirdinə təbəssümlə baxıb deyir:
- Mən qızı çayın sahilində qoydum, sən hələ də daşıyırsan...
Heç zad.
Demək istəyirəm ki, mütərəqqi ideyalar naminə adamları atmaqdan çəkinmək doğru deyil.
Hətta bu, dost, sevgili, valideyn, övlad olsa belə.
Vaxtımız çox azdı.
(Kulis)