Vaxt.Az

Obamadan sərt mesaj


 

«Rusiya raketləri sizi qorumayacaq»

Obamadan sərt mesaj İrana Rusiyanın S-300 tipli zenit raket komplekslərinin satılması bu ölkənin nüvə obyektlərini ABŞ-ın zərbələrindən qoruya bilməyəcək.

Bu barədə AzVision.az «Rİa Novosti»yə istinadən xəbər verir.

«S-300 raket komplekslərinin satılması 6 il ərzində təxirə salınırdı. Hazırda İranın nüvə proqramı ilə bağlı danışıqlar davam etdiyindən biz mövcud vəziyyətdən narahatıq və bu məsələyə etiraz edirik», - deyə Obama «MSNBC» telekanalına müsahibəsində bildirib.

«Bizim hərbi büdcəmiz təxminən 600 milyard dollardır. Onların (İran) isə hərbi büdcəsi 17 milyard dollardır. Əgər onlar bir neçə zenit raket sistemləri alsa belə, lazım olacağı təqdirdə biz bu maneəni (müdafiəni) dəf edəcəyik», - ABŞ prezidenti vurğulayıb.

 





22.04.2015    çap et  çap et