Yaxın iki gün ərzində Bakının Yasamal, Səbayel və Binəqədi rayonlarında suyun verilməsi tam bərpa olunacaq. Bu barədə Trend-ə «Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
İyulun 10-da Kür-Bakı magistral boru xəttində baş verən qəza ilə əlaqədar yuxarıda adıçəkilən rayonlarda su fasilələrlə verilir.
A.Cəbrayıllı qeyd edib ki, təmir işləri davam edir və problemin 95 faizi həll edilib: «İki gün ərzində suyun verilməsi tam bərpa olunacaq».
O həmçinin bildirib ki, şənbə axşamı paytaxtın Nəsimi rayonunda baş verən qəzanın nəticələri də aradan qaldırılıb.
çap et