Vaxt.Az

«Biletlər ucuzlaşmalıdır»


 

Prezident AZAL-ı tənqid etdi

«Biletlər ucuzlaşmalıdır» Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çox sərt danışıb.

Prezident iclasda bir çox məsələlərlə bağlı problemləri sadalayıb və onların həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlarını verib.

Ölkə başçısı xüsusi olaraq qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı problemlər hələ də aktualdır.

Aznews.az-ın xəbərinə görə, İlham Əliyev son günlər daha çox müzakirə mövzusuna çevrilən AZAL-da biletlərin qiymətlərinin bahalığı məsələsinə də toxunub. Bildirib ki, biletlər həddən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır.

Prezident eyni zamanda ölkədə fəaliyyət göstərən otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsirini göstərdiyini də vurğulayıb.

Prezidentin müşavirədəki çıxışı ilə bağlı əlavə məlumat veriləcək.

 





13.07.2015    çap et  çap et