Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat daxil olub.
Məlumata görə, İsmayıl Hidayətzadə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Biznesmen Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunur. İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İstintaq bu kreditlərin təyinatı üzrə xərclənməsinə şübhə ilə yanaşır.
Qeyd edək ki, İ.Hidayətzadə DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin («Bandotdel») istintaq təcridxanasında saxlanılır.