Vaxt.Az

Erməni şahmatçıdan etiraf


 

«Azərbaycana hörmətim var...»

Erməni şahmatçıdan etiraf Məşhur erməni şahmatçısı Levon Aronyan bir həftə sonra Bakıya gələcəyini açıqlayıb. Virtualaz.org saytı xəbər verir ki, şahmatçı bu haqda chess-news.ru portalına internet üzərindən verdiyi müsahibədə deyib.

«Bir həftə sonra Bakıya uçuram. Dünya Kubokundan sonra Berlində blits-şahmat çempionatında oynayacağam. Təəssüf ki, biz şahmatçılar üçün ölkələr arasındakı münaqişələrin nizamlanmasına nə iləsə kömək etmək çətindir. Ancaq musiqiçlər, müxtəlif sənət adamları sülh daşıyıcısı olan insanlar kimi Azərbaycana gedirlər. Mən də onların nümunəsini təkrar etməyə çalışıram. Göstərməyə çalışıram ki, qonşu ölkəyə hörmətim var. Ən yaxşı oyun göstərib yerli azarkeşləri məmnun etmək istəyirəm»-deyə Aronyan bildirib.

 





02.09.2015    çap et  çap et