«Kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə sabiq deputat Nazim Məmmədovun «Baku Steel Company» şirkətinin rəhbəri Rasim Məmmədovu inhisarçılıqda ittiham edərək sosial şəbəkələrdə özünə aid olması ehtimal edilən səhifədə sonuncuya xəsarətlər yetirilməsi ilə bağlı çağırışlar etməsi xüsusatları üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmaların aparılması üçün Baş Prokurorluğun rəhbərliyi tərəfindən Bakı Şəhər Prokurorluğuna tapşırıqlar verilib»- deyə məlumatda bildirilir.
Xatırladaq ki, Nazim Məmmədov bu günlərdə özünün «Facebook» səhifəsində Rasim Məmmədovun və onun «qoçu dəstəsinin» qulağının kəsiləcəyini gözlədiyini yayıb, onu inhisarçılıqda ittiham edib.
Nazim Məmmədov bundan əvvəl metal biznesi ilə məşğul olub, ona məxsus «Ataxan Dəmir Sənaye» MMC 2012-ci ildə fəaliyyətini dayandırıb. Keçmiş deputat müəssisənin fəaliyyətini dayandırmasına görə Rasim Məmmədovu ittiham edir. Bildirir ki, onun sexinə reyder hücumu olub.
Rasim Məmmədov isə virtualaz.org və haqqin.az saytlarına verdiyi müsahibədə keçmiş deputatın sexində kustar üsulla və heç bir standarta cavab verməyən məhsulun istehsal edildiyini demişdi.