Vaxt.Az

Poroşenkodan Rusiya qarşı növbəti çağırış


 

«Rusiya Avropa və dünya təhlükəsizlik sistemini dağıdır»

Poroşenkodan Rusiya qarşı növbəti çağırış Ukrayna prezident Pyotr Poroşenko dünya ictimaiyyətini Rusiyanın təcavüzünə qarşı birləşməyə çağırıb. Publika.az «censor.net.ua» saytına istinadən xəbər verir ki, dövlət başçısı çağırışı İkinci Dünya Müharibəsinin başa çatmasının 70-ci ildönümü ilə bağlı Ukrayna xalqına etdiyi müraciətində səsləndirib.

Poroşenko qeyd edib ki, İkinci Dünya Müharibəsinin faciələrindən nəticə çıxarılmalı və təcavüzkar birgə səylərlə dayandırılmalıdır.

«Müharibə və sülh məsələləri bu gün yenidən dünyanın gündəliyində birinci yerdədir. Rusiya Federasiyası beynəlxalq hüququ həyasızcasına tapdalayıb, Krımı zəbt edib və Donbas hövzəsində silahlı konflikt yaradıb. Rusiya bu gün Avropa və dünya təhlükəsizlik sistemini yenidən dağıdır», - Ukrayna prezidenti söyləyib.

 





02.09.2015    çap et  çap et