Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova sessiya zamanı müzakirəyə çıxarılacaq məsələlər barədə danışıb.
Bahar Muradova Modern.az saytına açıqlamasında deyib ki, Asiyada, Avropada əməkdaşlığa dair, siyasi, iqtisadi və insan haqları sahəsində müzakirələr olacaq.
«Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti ölkəmizlə bağlı məsələlərin dünyanın gündəliyinə salınmasına çalışır. Biz bu sessiyada da fəal mövqe ortaya qoyacağıq».
Vitse-spiker onu da bildirib ki, Azərbaycan nümayəndə heyəti məhdud tərkibdə həmin iclaslarda iştirak edəcək.