Strateq.az BBC-yə istinadən bildirir ki, sanksiyaların veriləcəyi şirkətlər arasında – Alətqayırma Konstruktor Bürosu, «MiQ» korporasiyası, «Rosoboronexport» və dəfələrlə sanksiyalara məruz qalmış «Katod» şirkəti var.
Çərşənbə günü qüvvəyə minəcək qara siyahıya həmçinin Çin, Şimali Koreya, BƏƏ, Suriya, Sudan, İran və Türkiyədən olan şirkətlər də düşüb.
ABŞ federal hökumət strukturları və bölmələrinin siyahıda adları hallanmış şirkətlərlə müqavilə əsasında çatdırılma və ya xidmət əməliyyatları həyata keçirə bilməzlər. Həmçinin ABŞ hökumətinin xətti ilə onlarla əməkdaşlıq və ticarət əməliyyatları üçün ixrac lisenziyasının verilməsi qadağandır.
Sənədə görə, yalnız Dövlət Katibinin qərarına əsasən bu sahədə istisnalar ola bilər.
«Onlarla bağlı qüvvədə olan bütün lisenziyalar dayandırılmalıdır», - deyə xəbərdə deyilir.