Vaxt.Az

İrəvan yenə qarışdı


 

«Ermənilər «talana son» qoymaq fikrindədirlər

İrəvan yenə qarışdı Ermənistanda vəziyyət yenidən gərginləşib. Strateq.az Rusiyanın tr.sputniknews.com informasiya portalına istinadən xəbər verir ki, yenə İrəvanın Baqramyan prospektinə toplanaraq etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, «Talana son» şüarı ilə keçirilən ilk aksiyalar bir neçə ay bundan əvvəl başlamışdı. O zaman elektrik qiymətlərini 17 faiz artıran hökumətin siyasətinə etiraz etmək məqsədilə toplanan gənclərin qarşısı rəsmi İrəvana tərəfindən zor gücünə alınmış, məsələyə yenidən baxılacağına söz verilmişdi. Aksiya iştirakçıları bu fikirlə razılaşmayaraq, aksiyalarını davam etdirmişdilər. Üzləşdikləri xüsusi amansızlıq nəticəsində getdikcə sıraları azalan gənclər, nəhayət, mitinqi dayandırmağa məcbur olmuşdular.

Görünür, ermənilər öz haqlarını yeyən, bu da azmış kimi, bir də kommunal xərcləri artıran hakimiyyətə qarşı mübarizələrini dayandırmaq fikrində deyillər. Onlar yenidən qüvvələrini toparlayan aksiyalara başlayıblar.

Sentyabrın 11-də etirazların ikinci dalğasının başlanacağını elan edən aksiyaçılar təzyiqli su vasitəsilə dağıdılıb. Təşkilatçılardan 6 nəfərin həbs olunduğu bildirilir.

 





02.09.2015    çap et  çap et