Yalnız avqust ayı ərzində düşmən 18 ölü və 50 nəfərədək yaralı olaraq hərbi qulluqçusunu itirib.Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, rəsmi təsdiqlənməmiş,
şişirdilmiş, çox zaman səhv olan, real vəziyyəti düzgün əks etdirməyən xəbərləri
tirajlamaqla, erməni dəyirmanına su tökməyə can atan bəzi insanların milli mənşəyi
də artıq şübhə doğurmağa başlayır:
«Müdafiə Nazirliyi cəbhəboyu zonada baş verən hadisələrlə bağlı, təhlükəsizlik
baxımından ictimailəşdirilməsi məqsədəuyğun olan istənilən xəbərləri mütəmadi
açıqlayır və eyni zamanda bu tip xəbərlərin yayımlanmasına həssaslıqla
yanaşılmasını növbəti dəfə tövsiyə edir».
çap et