Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın mətbuata verdiyi məlumatda Kliniki Tibbi Mərkəzin və Bakı Sağlamlıq Mərkəzinin baş həkimlərinin tutduqları vəzifədən azad edildiyini təsdiqləyib.
Nazirlik rəsmisi qeyd edib ki, Kliniki Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının, Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan Bəbirov 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi təyin olunub.
Şirvan Şəhər Diaqnostika Mərkəzinin baş həkimi Hikmət Həsənov Bakı Sağlamlıq Mərkəzinə, Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinin müdiri Sabiq Hüseynzadə isə Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə təyinat alıb.