Vaxt.Az
«Azərbaycanlı hakerlər bizi metodlarla vurur»
«Erməni istifadəçi özü də bilmədən hücum edənlərin virtual resursuna yönəlir»
«Azərbaycanlı hakerlər erməni internet istifadəçilərini hücum etmək üçün yeni metodlardan istifadə edirlər». Avropa.info xəbər verir ki, bu açıqlama ilə informasiya təhlükəsizliyi üzrə erməni ekspert Samvel Martirosyan çıxış edib. Martirosyana görə, azərbaycanlı hakerlər hər zaman aktivdir.Onun sözlərinə görə, azərbaycanlılar erməni istifadəçilərin
wi-fi routerlərini vurmaq kimi yeni yol tapıblar. Parolu sındırılan routerlər
qısa müddətlik haker üçün əlçatan olur. İP adresi ələ keçirilən erməni istifadəçi
özü də bilmədən Azərbaycan virtual resursuna yönəlir.
03.09.2015
çap et