Vaxt.Az

Saakaşvilidən inqilabçı baş naziri ağır ittiham


 

«Ukrayna hökumətini oliqarx maraqları idarə edir»

Saakaşvilidən inqilabçı baş naziri ağır ittiham Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna hökumətinin rəhbəri Arseni Yasenyuku ittiham edib.

Modern.az Ukrayna KİV-nə istinadla xəbər verir ki, Saakaşvili hökumətin aviabiletlərin qiyməti ilə bağlı sənədi müzakirə etməkdən imtina etməsini və qalmaqallı hadisədən sonra vəzifəsindən kənarlaşdırılan Dövlət Aviasiya Xidmətinin rəhbəri Denis Antonyukun yenidən vəzifə başına keçməsini şərh edib.

«Yasenyuk hansı maraqlardan çıxış edir – Kolomoyskinin (ukraynalı oliqarx) yoxsa onmilyonlarla ukraynalı sərnişinin? Dünən Yasenyuk Kolomoyskinin xeyrinə qərar çıxardı.

Beləcə o müntəzəm olaraq Əhmədov (oliqarx) və digər oliqarxların xeyrinə qərarlar çıxardıb. Ukrayna hökumətini bütün bu oliqarx maraqları idarə edir».

Mixail Saakaşvili Ukraynanın baş naziri olmaq istəmədiyini və hökumətin yenidən formalaşmasının vacibliyini vurğulamışdı.

 





04.09.2015    çap et  çap et