Federasiyadan bildirilib ki, bu gün Mili Olimpiya Komitəsində Rövnəq Abdullayevin təqdimatı olacaq. Saat 17:00-da baş tutacaq təqdimatdan sonra federasiyanın fəaliyyəti davam edəcək və kimin qalıb, kimin gedəcəyi dəqiqləşəcək.
Xatırladaq ki, bundan öncə federasiyaya keçmiş əmək və əhalinin sosial müdafiəsi nazir, "İmprotex" şirkətinin sahibi Füzuli Ələkbərov rəhbərlik edirdi.
P.S. SOCAR prezidenti Cüdo Federasiyasından başqa, AFFA-ya da rəhbərlik edir. Beləliklə, R.Abdullayev sonuncu təyinatla birlikdə Azərbaycanda 3 qat prezident sayılacaq.