Demokratik Fransadan avtoritar Belarusa köçməyini isə məşhur aktyor ölkəsinin vergi siyasətindən təngə gəlməsi ilə əlaqələndirib: «Hakimiyyətə satılmış jurnalistlər istisna olmaqla fransızları sevirəm. Amma bu ölkəni tərk etməyə qərar vermişəm. Mən vergilərin istifadə şəklindən razı deyiləm. Ona görə də bu ölkədə əmlakımın olmasını istəmirəm. Hazırda İtaliyadayam və tezliklə Belarusa köçəcəm. Belarus - yaraşıqlı prezidenti olan gözəl ölkədir».
Departye tək Fransanı yox, ümumilikdə Avropadakı hökumətləri tənqid edib: «Avropanın bu vəziyyətə düşməsi heç xoşuma gəlmir. Söhbət tək Fransadan yox, həm də İtaliya, Almaniya və başqa ölkələrdən gedir. Avropa özü də özünü sevmir. Ona görə də həm yerlilərlə, həm miqrantlarla problem yaşayır. Siyasilərin insanlara qarşı ikrah duyması mənə pis təsir edir».
Qeyd edək ki, 66 yaşlı aktyor bu günə qədər 200-ə yaxın filmə çəkilib. 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Depardyeyə vətəndaşlıq verib. Bu ilin iyulunda isə Ukrayna onu «persona non-qrata» elan edib.