Məşğulluqdakı artımın gözləntilərdən aşağı olmasına baxmayaraq ölkədəki ən sağalmaz yara sayılan işsizlik nisbətinin 0.2 faiz azalaraq 5,1 faizə düşüb. Amma mütəxəssislər bu azalmanın 0.1 faiz olacağını güman edilirdi. Bununla da problem 2008-ci ilin Aprel ayından bəri ən aşağı səviyyəyə enib.
İyuldakı 215 minlik məşğulluq artımı 245 minə, İyundakı rəqəm 231 mindən 245 minə qaldırılıb. Avqust ayı üçün saatlıq qazanclar da artım var - 0,3 faiz. İllik bazada isə bu 2,2 faiz təşkil edib.
Analitiklər, kənd təsərrüfatı xaric məşğulluq göstəricisinin FED-in faiz artırmasına dair gözləntilər üzərində həlledici olacağını bildirirdilər. Qurum sentyabr ayının 16-17-də toplantı keçirəcək. Bu toplantıda mühüm qərarlar veriləcəyi gözlənilir. Faiz artımı ilə bağlı qərarın taleyi ilə bağlı heç bir proqnoz yoxdur. Əgər məşğulluqdakı artımın 200 mindən çox olması faiz artımı üçün «yaşıl işıq» yandıra bilər.
FED-in faizləri artırması dolların daha da güclənməsinə səbəb olacaq. Belə olan halda ABŞ valyutasının Azərbaycan manatına necə təsir edəcəyi maraqla gözlənilir.