Ötən gün Avropa Çempionatının seçmə mərhələsi (AÇ-2016) çərçivəsində 8-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan millisi səfərdə Malta ilə 2:2 bərabərə qalıb.Ta Qalindəki oyundan sonra açıqlama verən AFFA prezidenti Rövnəq Abdullayev bu sözləri deyib:
«Komandamız pis oynamadı. Çalışdıq, lakin qələbə qazana bilmədik. Düşünürəm ki, bu gün biz 2 xal itirdik. Qələbə qazanmaq lazım idi. Nəticədən narazıyam. Yaxşı qol şanslarımız olsa da, bundan yararlana bilmədik».
çap et