Vaxt.Az

13 ölkədən 24 fəal


 

İsmayıllıda əcnəbi gənc liderlərə dərs keçiləcək

13 ölkədən 24 fəal Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin ölkəmiz, onun uğurlu Gənclər Siyasəti Modeli haqqında məlumat səviyyələrinin yüksəldilməsi, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə, informasiya mübadiləsi istiqamətində silsilə fəaliyyətini davam etdirməkdədir. Bu haqda vaxt.az-a ADTGT-nin İctimai əlaqələr və informasiya departamentindən məlumat verilib.

Məlumata görə, təşkilat 2015-ci ilin sentyabrın 1-dən 3 (üç) ay müddətində davam edəcək, «Gənclər Siyasətinin Azərbaycan Modeli» Beynəlxalq Gənclər Forumu adlı maariflənməni, təcrübə-informasiya mübadiləsini və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan layihənin icrasına başlayıb.

Layihə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən hədəf, istiqamət, nəticə və davamlılığı digər ölkələrə nümunə ola biləcək Azərbaycanın Gənclər Siyasətini bir Model olaraq beynəlxalq gənclər arenasında təbliğini, geniş sferada öyrənilməsini, təcrübi mübadiləsini, tətbiqi və bu sahədə əməkdaşlıq və tərəfdaşlıq imkanlarını nəzərdə tutur.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən Beynəlxalq Gənclər Forumu «Gənclərin fəal sosial iştirakçılığına nail olaq» devizi və çağırışı altında keçiriləcək. Bu ilin noyabrın 12–18–i tarixlərində «Azərbaycanın 2015-ci il Gənclər Paytaxtı» seçilən İsmayıllı şəhərində təşkil olunacaq Beynəlxalq Gənclər Forumunun işində İspaniya, Sloveniya, Çex Respublikası, Polşa, Rumıniya, Bolqarıstan, Latviya, Türkiyə, Serbiya, Bosniya və Herseqovina, Ukrayna və Gürcüstan təmsil edəcək 24 əcnəbi gənc fəalın iştirakı nəzərdə tutulur.

Forumun proqramına plenar hissə ilə yanaşı 4 panel müzakirəsinin aparılması, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə və informasiya mübadiləsi şəbəkəsinin qurulması, İsmayıllı Bəyannaməsinin qəbulunu, kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxildir.

Gündəlikdə 12 ölkədən olan gənc liderlərin Bakıda Gənclər və İdman Nazirliyində, AR Prezidenti yanında Gənclər Fondunda, Gənclər Təşkilatları Milli Şurasında görüşlərinin keçirilməsi də durur.

Layihə Azərbaycanın Gənclər Siyasəti Modelinin əcnəbi gənclərə təbliği, bu sahədə birgə gənclər əməkdaşlığı təşəbbüsü, Ölkə Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi «Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının və «2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası»nın müvafiq tədbirlər planınında nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətlidir.

 





07.09.2015    çap et  çap et