Vaxt.Az

«BƏŞƏRiyyət Əsəddən xilas olmasa...»


 

Amerikalı general: «Səbəbkar odur»

«BƏŞƏRiyyət Əsəddən xilas olmasa...» «Suriyadakı münaqişə başa çatmadan Avropadakı miqrant böhranı həllini tapmayacaq». Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ ordusunun generalı Con Allen bildirib.

İŞİD əleyhinə beynəlxalq koalisiyaya rəhbərlik edən C.Allenin sözlərinə görə, Suriya və İraqda münaqişə cihadçılar devriləndən və Əsəd gedəndən sonra başa çatacaq: «Milyonlarla insanın evlərini tərk etməsinin səbəbkarı İŞİD və regionda vətəndaş müharibəsi yaradan Bəşər Əsəddir».

General onu da qeyd edib ki, koalisiya bir il əvvəlki ilə müqayisədə daha güclüdür. Allen İraqın baş naziri Heydər Abadinin onun yaxın tərəfdaşına çevrildiyini də qeyd etməyi unutmayıb.

 





14.09.2015    çap et  çap et