YAP-ın yeni açıqlanan namizəd siyahısında 1995-ci ildən etibarən 62 saylı seçki dairəsindən Saatlı rayonunu təmsil edən Akademik Cəlal Əliyevin adının olmaması da maraqla qarşılanıb.YAP bu dəfə Akademiki deyil, rayonun «Dədə Qorqud» kənd bələdiyyəsinin sədri Rəşidov Nazim Sahib oğlunun namizədliyini dəstəkləyib.
YAP-dan bununla bağlı sorğuya «Cəlal müəllim özü bu dəfə seçkiyə getmək istəmədi» cavabı verilib.
Saytın əldə etdiyi məlumata görə, bələdiyyə sədrinin namizədliyi formal xarakter daşıyacaq. Əslində isə həmin dairədən iqtidarın sürpriz namizədi var və ona ciddi dəstək veriləcək.
çap et