Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nurəddin Heydərov işdən çıxıb. Modern.az xəbər verir ki, bu barədə N.Heydərovun özü «Facebook»da bildirib: «Hər son yeni bir başlanğıcdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində fəaliyyətim sona çatdı. Bu müddətdə Xidmətə media dəstəyi verən bütün həmkarlara təşəkkür edirəm. Ötən müddət mənim üçün böyük təcrübə oldu və çox dəyərli insanları tanıdım. Həmkarlarla işimiz yeni layihədə davam edəcək»-deyə N.Heydərov bildirib.Qeyd edək ki, Nurəddin Heydərov 1998-ci ildən mətbuatdadır. 2002-ci ildən
2010-cu ilə kimi «Kaspi» qəzetinin baş redaktoru işləyib. 
«Deməzdim ki, mediadan uzaqlaşmışam. Yeni işim də media ilə bağlıdır. Lakin bu haqda indi tam açıqlama verə bilməyəcəm. Yaxın günlərdə bu haqda ətraflı məlumat verəcəm». N.Heydərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən öz istəyilə ayrıldığını bildirib.
  çap et