MSK üzvü Ramiz İbrahimov bildirib ki, İ.Ağazadə MSK-ya müraciət edərək dairə seçki komissiyasının bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia edib: «Eyni zamanda, o, həmin məntəqələrin səsverməsinin nəticələrinin ləğv olunmasını istəyib. MSK şikayəti baxılması üçün məsələni dairə seçki komissiyasına (DSK) göndərib. DSK 5, 10, 11, 18 və 26 saylı seçki məntəqələrinin səsverməsinin nəticələrini ləğv edib. 17 saylı seçki məntəqəsində isə səslərin yenidən sayılmasına qərar verib. Ancaq bu da ümumi nəticələrə təsir etməyib».
Bundan başqa, İqbal Ağazadənin MSK-ya təqdim etdiyi video-materiallar da araşdırılıb. Qərar verilib ki, onun şikayəti əsasında aparılan araşdırmalar dayandırılsın.