Obamanın ABŞ Konqresinə yazdığı məktubda deyilir ki, o, 1979-cu il noyabrın 14-də İranda yaranmış durumun ölkənin milli təhlükəsizlik, xarici siyasət və iqtisadiyyatına təhdid olduğunu göstərən 12170 nömrəli fərmanı əsas götürərək milli fövqəladə vəziyyətin vaxtını daha bir il müddətinə uzadır.
Qeyd edək ki, 12170 nömrəli fərman, 1979-cu il noyabrın 14-də, yəni ABŞ-ın Tehrandakı səfirliyinin işğal olunaraq amerikalı diplomatların radikal islamçılar tərəfindən girov götürülməsindən 10 gün sonra ABŞ-ın keçmiş prezidenti Cimmi Karter tərəfindən imzalanaraq onun tətbiqinə başlanılıb.
Bu fərmanın imzalanması ilə ABŞ-ın Maliyyə Nazirliyinə İranın ABŞ-dakı maliyyə hesablarının, o sıradan da banklarda və xarici şöbələrdəki hesablarının dondurulması barədə göstəriş verilib.