O, bildirib ki, K.Böyükçölün bütün hərəkətləri Yazıçılar Birliyinə qarşı köklənib: «Kəramətin bütün yazıları, hərəkətləri Yazıçılar Birliyinin nizamnaməsinə zidd idi. Əla ediblər. Bu qərar yerində verilib».
Q.Nəcəfzadə deyib ki, mən ona cavabdeh deyiləm: «Birliyin üzvü oldu, ya olmadı, mən həmişə o cür yazıların əleyhinə olmuşam. Həmişə də özünə demişəm ki, get romanını yaz. Amma eşitmədi, bildiyini etdi. Mən onu oğlum kimi çox istəyirəm, yazıçı kimi isə ona cavabdeh deyiləm».
Xatırladaq ki, gənc yazıçı Kəramət Böyükçül bu gün Azərbaycan Yazıçılar Birliyindən qovulub. Buna səbəb onun yazılarında və müsahibələrində ədəbiyyatımızın klassiklərinə qarşı təhqiredici münasibəti, çağdaş yazıçılarımıza atmacaları, öz yaşıdı yazarlara qarşı aşağılayıcı münasibət sərgiləməsi olub.