Vaxt.Az

Qara qızıl bahalaşır


 

«Brent» markalı neftin qiyməti 36 dollara yaxınlaşdı

Qara qızıl bahalaşır Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,32 dollar, yaxud 7,18% bahalaşaraq 34,62 dollar/barel təşkil edib.

«Brent» markalı neft isə 2,59 dollar və ya 7,82% bahalaşaraq 35,69 dollar/barelə bərabər olub.

«Report»un analitik qrupunun apardığı araşdırma belə bir proqnozla çıxış etməyə əsas verir ki, dünya bazarında neft qiymətləri artıq gələn aydan etibarən yüksəlməyə başlayacaq. Bundan öncə isə qiymətlərin bir daha bir barelin qiymətinin 30 dollardan aşağı düşməsi ehtimalı var. Fevralın əvvəlindən etibarən yüksəlişə başlayacaq neft qiymətlərinin əvvəl 38 dollar, daha sonra isə 45-50 dollara qədər artacağı gözlənilir.

 





28.01.2016    çap et  çap et