Vaxt.Az

DTX casus yaxalayıb


 

Məhkəmə Əhədov İnqilab haqqında həbs qətimkan qərarı verib

DTX casus yaxalayıb Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici ölkəyə casusluq edən Azərbaycan vətəndaşını həbs edib.

DTX-nin İctimai əlaqələr şöbəsinin məlumatına əsasən, həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar İnqilab Əhədov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 27 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, İnqilab Əhədov İslam Partiyasının keçmiş sədr müavinidir.

 





28.01.2016    çap et  çap et