Digər tərəfdən, hər bir kəs kredit götürərkən hansı valyutada götürdüyünü bilir. Banklar xeyriyyə təşkilatı deyil. Onlar bir tərəfdən kredit verirsə, digər tərəfdən sizdən əmanət alır. Dövlət kompensasiya məsələsində əhaliyə sosial yardımlar verir. Həm də qeyd olunan məbləğ çox böyükdür. Dövlət niyə bankla müştəri arasına girməlidir? Vaxtilə yüksək faizlə kredit verəndə, gəlir əldə edəndə, heç dövlət yada düşmürdü. Banklar öz müştəriləri ilə bağlı məsələni öz aralarında həll etsin. Faizlərdən azaltsın, ödəniş müddətini uzatsın və s. Bu məsələdə Mərkəzi Bank da banklara güzəşt edə bilər».