Vaxt.Az

«Pambığın alış qiymətinə yenidən baxılmalıdır»


 

Ölkədə pambıq istehsalçıları güzəştlər əldə edəcəklər

«Pambığın alış qiymətinə yenidən baxılmalıdır» Azərbaycan hökuməti güzəştli kreditləşdirmə və alış qiymətlərinin formalaşmasında iştirak yolu ilə pambıq istehsalçılarını dəstəkləyəcək. Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev «Kənd təsərrüfatının perspektivli sahələrinin inkişafı üzrə Azərbaycan-Türkiyə təcrübəsi» konfransında deyib.

Onun sözlərinə görə, istehsalçılardan pambıq alan şirkətlər alış qiymətlərinin formalaşmasında dünya pambıq qiymətlərini və ölkədəki devalvasiyanı nəzərə almalıdır: «Biz kənd təsərrüfatı istehsalçılarına daha sərfəli qiymətlər təklif etmək üçün bu şirkətlərlə danışıqlar aparırıq. Hökumət pambıqçılıqla məşğul olan sahibkarların güzəştli kreditləşməsini artırmağı da planlaşdırır. Pambıq istehsalçılarının maliyyə çıxışını sadələşdirmək lazımdır». 

«Biz istərdik ki, pambığın alış qiymətinə yenidən baxılsın». «APA-Economics» xəbər verir ki, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev «Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi» mövzusunda keçirilən əməkdaşlıq konfransında çıxışı zamanı bildirib.

Nazir əlavə edib ki, Azərbaycanda pambıqçılıq yenidən inkişaf etdirilməlidir.

Ş. Mustafayevin sözlərinə görə, keçən il güzəştli verilən kreditlərin 85%-i məhz kənd təsərrüfatı sahəsi ilə məşğul olan sahibkarlara verilib.

Konfransın yekununda Kənd Təsərrüfatı Nazirliyi ilə Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni nazir Heydər Əsədov və konfederasiyanın sədri Məmməd Musayev imzalayıb.

 





29.01.2016    çap et  çap et