Bu barədə əməkdaşımıza Gəncə klubunun Müşahidə Şurasının üzvü, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.
O bildirib ki, «Kəpəz» PFL-ə olan borclarını ödəyib: «Əksər klublar kimi, biz də bu məsələni həll etdik. Problem artıq yoluna qoyulub. «Kəpəz» PFL-ə olan borcunu tam ödəyib. Çempionatın ikinci hissəsinə problemsiz start götürəcəyik».
Qeyd edək ki, AFFA «Qarabağ» istisna olmaqla, Topaz Premyer Liqasının digər 9 iştirakçısına borclarını ödəmək üçün yanvarın 29-na, yəni bu günə qədər vaxt vermişdi. «Kəpəz»dən əvvəl «Qəbələ», AZAL, «Rəvan» və «İnter» klubları da PFL-lə borc məsələsini həll ediblər.