Qol.Az-ın «goal.com»a istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssis komandadan getməyəcəyini açıqlayıb:
«Heç vaxt «Mançester Yunayted»dən gedəcəyimi deməmişəm. Hər zaman sona qədər mübarizə aparmışam. Hələ klubla 3 illik müqaviləm var. Komanda qurmaq bir prosesdir və bunun üçün zamana ehtiyacım olacaq. İşimi sonadək görmək istəyirəm. Əgər bunu istəməsəydim 6 ay öncə müqavilə imzalamazdım. Hər zaman müqavilə imzalamazdan öncə klub rəhbərləri ilə uzun söhbətim olur. Bu, «Bavariya» və «Barselona»da da təkrarlanıb. Ona görə də düşünürəm ki, rəhbərlik də məni dəstəkləyir».