Vaxt.Az

«Şah» sülhə razılaşıb


 

Məmmədyarovdan ənənəvi nəticə

«Şah» sülhə razılaşıb Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən «Tata Steel Chess» superturnirində 11-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, şahmatçımız «Şah» ləqəbli Şəhriyar Məmmədyarov bu turda ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan qrossmeysterimiz bu dəfə də ənənəvi nəticəsini qazanıb. Tərəflər 50-ci gedişdə sülhə razılaşıblar.

Qələbəsiz oyunlar seriyasını davam etdirən «Şah» bu nəticə ilə xalını 5.5-ə yüksəldib.

Qeyd edək ki, növbəti turda çinli Vey Yi ilə qarşılaşacaq Məmmədyarov keçirdiyi 11 oyunda 7 dəfə bərabərliyə razılaşıb. İki qarşılaşmada qələbəyə sevinən təmsilçimiz eyni sayda da məğlubiyyətə üzülüb.

 





30.01.2016    çap et  çap et