Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı «Zvezda» reportajlarından birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib.APA-nın xəbərinə görə, telekanalın saytında yanvarın 28-də yerləşdirilmiş, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Ermənistan prezidenti Serj Sərkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın «Erablur» hərbi panteonunu ziyarət etdiyi bildirilib, B. Saakyan «Artsax»ın - «Dağlıq Qarabağ Respublikası»nın rəhbəri kimi təqdim olunub.
Xatırladaq ki, «Zvezda» media qrupuna məxsus «Zvezda» kanalı Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalıdır.
çap et