Avropa Birliyinin yüksək rütbəli diplomatı «Die Welt»ə bildirib ki, Ankara 5 milyard istəyir, onların isə cəmi 3 milyard ayırmağa imkanı var. Diplomat onu da qeyd edib ki, Ankara yardımın mərhələlərlə, özü də ciddi yoxlama prosesindən sonra ayrılması fikri ilə razılaşmaq istəmir.
Qeyd edək ki, AB bu məbləği həm də Avropaya miqrant axınının qarşısını almaq üçün ödəyir.
Bu vəsait üzrə xərclərə qaçqınların saxlanılması ilə yanaşı, onlara məktəblərin tikilməsi də daxildir.
BMT-nin hesablamalarına görə, təkcə bu ay Türkiyədən Yunanıstana 53 800 miqrant keçib.