Vaxt.Az

DB bəyanat yaydı


 

«Uzunmüddətli tərəfdaşı kimi Azərbaycana zəruri dəstəyi təmin etməyə hazırıq»

DB bəyanat yaydı Dünya Bankı və Azərbaycan hökuməti ölkənin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi və xarici şoklara, o cümlədən neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlı orta və uzunmüddətli komplek tədbirləri müzakirə edir. Fins.az «Report»a istinadən xəbər verir ki, bu barədə DB-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

Məlumata görə, qurum Azərbaycanda keçiriləcək islahatlara dəstək verməyə hazır olduğunu açıqlayıb: «Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır və Azərbaycanın uzunmüddətli inkişaf tərəfdaşı kimi Dünya Bankı bu sahədə zəruri dəstəyi təmin etməyə hazırdır».

Qeyd edək ki, yanvarın 28-də DB-nin Cənubi Qafqazda özəl və maliyyə sektoru üzrə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi missiya Bakıya səfərə gəlib. Məlumata görə, Azərbaycan hökuməti Dünya Bankından 1 mlrd. ABŞ dolları civarında kredit almaq istəyir və missiya məhz bu kreditin şərtlərini müzakirə etmək üçün gəlib.

Bununla belə, bir qədər əvvəl maliyyə naziri Samir Şərifov bəyan edib ki, Azərbaycan DB-dən borc almaq niyyətində deyil.

 





30.01.2016    çap et  çap et