Vaxt.Az

Sərkisyan ABŞ-a gedəcək


 

Hansı üzlə?

Sərkisyan ABŞ-a gedəcək Ermənistan prezidenti Serj Sərkisyan aprel ayında Vaşinqtonda keçiriləcək Nüvə təhlükəsizliyi üzrə sammitdə iştirak edəcək. Bu barədə Ermənistanın ABŞ-dakı yeni səfiri Qriqor Ovannisyan prezident Barak Obamaya öz etimadnaməsini təqdimetmə mərasimindəki çıxışında deyib.

Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Buna cavab olaraq Barak Obama Ermənistanın nüvə silahı ilə mübarizəyə verdiyi töhfələri yüksək qiymətləndirərək minnətdarlığını bildirib. Prezident, həmçinin səfiri akkreditasiya ilə təbrik edib və onun təcrübəsinin gələcək Ermənistan-ABŞ dostluq münasibətlərinin dərinləşməsinə yardım edəcəyindən əmin olduğunu bildirib.

Xatırladaq ki, Q.Ovannisyan hazırda Avrasiya İqtisadi Komissiyasının sədri təyin edilən Ermənistanın ABŞ-dakı keçmiş səfiri Tiqran Sərkisyanın yerinə təyin edilib.

 





30.01.2016    çap et  çap et