Vaxt.Az

«Həbs olunmaq təhlükəsi qalır»


 

Dövlət Departamenti amerikalılara xəbərdarlıq etdi

«Həbs olunmaq təhlükəsi qalır» ABŞ Dövlət Departamenti yanvarın 29-da bəyanat yayaraq Irana səfər edən Amerika vətəndaşlarına xəbərdarlıq edib. Vaşinqtonun bu xəbərdarlığı İranda həbsdə saxlanan 5 amerikalının azadlığa buraxılmasından 12 gün sonraya təsadüf edib.

Bəyanatda deyilir ki, İrana səfər etmək istəyən Amerika vətəndaşları, o cümlədən də ikili vətəndaşlığı olan İran əsilli amerikalılar müxtəlif bəhanələrlə həbs edilərək zindana salınmaq təhlükəsi ilə üz-üzə qalırlar: «Xəbərdarlıqda məqsəd, Amerika vətəndaşlarına, o sıradan da həm İran, həm də Amerika vətəndaşı olan amerikalılara səfər zamanı İranda həbs olunmaq və zindana salınmaq təhlükəsi barədə açıq şəkildə məlumat verməkdir.

Bu gün İranda Amerikaya qarşı düşmənçilik edən müxtəlif qüvvələr mövcuddur. İran İslam Respublikası ötən ilin iyul ayında Vyanadakı nüvə razılaşmasının imzalanmasından sonra bu ölkəyə səfər edən Amerika vətəndaşlarını, o sıradan da ikili vətəndaşlığı olan şəxsləri incidərək tutub həbsə salıb və bu hərəkətini indiyə qədər davam etdirib».

 





30.01.2016    çap et  çap et