Nazirliyin bəyanatında deyilir ki, cümə günü SU-34 təyyarəsinə Türkiyənin hava məkanına daxil olmazdan öncə ingilis və rus dillərində xəbərdarlıq edilib.
Noyabrda Türkiyə onun hava sərhədini pozmuş Rusiyaya məxsus təyyarəni vurub.
Nəticədə iki ölkə arasında siyasi və iqtisadi böhran yaranıb.
«Rusiya Federasiyasına məxsus SU-34 təyyarəsi cümə günü 9.46-da (Bakı vaxtilə) Türkiyənin hava məkanına müdaxilə edib», XİN bəyan edib.
Qurum Rusiyanı gərginliyi dərinləşdirməkdə ittiham edib və bildirib ki, hər hansı «ağır» nəticəyə görə Rusiya məsuliyyət daşıyacaq.