Ölkənin ən iri pivə zavodlarından birinin icraçı direktoru olan Tuleşov Şimkənt şəhərində keçirilmiş əməliyyat nəticəsində həbs olunan dörd nəfərdən biridir.
İş adamına qarşı hansı ittihamların irəli sürüldüyü məlum olmasa da, DİN nümayəndəsi axtarış zamanı həbs edilənlərin evlərindən odlu silah və narkotik vasitələrin aşkar olunduğunu bildirib.