Qəzet respublikaçı namizəd Donald Trampın isə kampaniyasını şiddətlə tənqid edib. Rəhbərlik bildirib ki, o, Trampın milli təhlükəsizlik, müdafiə və qlobal ticarət məsələlərində təcrübəsi yoxdur. Rəhbərliyin sözlərinə görə, Ted Kruz isə qalib gəlmək üçün hər şeyi deməyə hazırdır.
Hilari Klinton Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı silah satış üzərində nəzarətin gücləndirilməsi məsələsinə toxunub.
«Silah satışına nəzarət tədbirləri görmək, bu məsələdə həmrəy olmaq üçün vaxt yetişib. Silah lobbisinə qarşı çıxmalı, bu məsələni səsverməyə çıxarmalıyıq. Uşaqlarımızın həyatı bahasına başa gələn ölüm hallarının artmasına necə göz yuma bilərik», - deyə Hillari Klinton bildirib.
Donald Tramp isə tərəfdarları qarşısında çıxışı zamanı Meksika ilə sərhədlərə divar çəkilməsi təklifinə aydınlıq gətirib. Tramp qeyd edib ki, kimliyindən asılı olmayaraq Amerikaya ayaq basan şəxs bunu qanuni yolla etməlidir.
«Biz divar tikməliyik. Sərhədlərə ehtiyacımız var. Sərhədsiz ölkə olmaz. Bəli, biz ölkəmizə insanların gəlməsini istəyirik. Lakin bu qanun çərçivəsində olmalıdır», - deyə Tramp bildirib.
Bir müddət əvvəl Trampın müsəlmanların Amerikaya buraxılmaması üçün etdiyi təklif ona qarşı sərt tənqidlərin səsləndirilməsinə səbəb olmuşdu.