Batmağa başlayan, gəmidəki miqrantların “Alo 158” Sahil Təhlükəsizlik Xidməti orqanlarına zəng edərək, kömək istəməsindən sonra xilasedicilər iş başına keçib.
Bu, Türkiyədə baş verən ilk miqrant faciəsi deyil. Ötən ilin dekabrında Egey dənizində miqrantların olduğu rezin qayıq batıb. Nəticədə 31 nəfər ölüb. Onlar arasında uşaqlar və qadınlar da olub.
Elə həmin ilin dekabrın 19-da Muğlanın Bodrum rayonunda Yunanıstana keçmək istəyən miqrantla dolu gəmi batıb. Gəmidə olan 14 nəfər xilas olunsa da, 18 nəfər Egeyin soyuq sularında batıb. Sahildən iki mil aralıda batan taxtadan hazırlanan gəmidə Suriya , İraq və Pakistan vətəndaşları olublar.
Avropaya miqrant axınının artma səbəbi Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir. Müəyyən şəxslər bir miqdar pul müqabilində miqrantları kiçik rezin və ya taxta qayıqlarda Yunanıstana keçirməyə razılaşırlar. Bu zaman qayıqlara həddindən artıq insan mindirilir ki, bu da faciə ilə nəticələnir.